NAZİM HİKMӘT RAN YARADICILIĞI

Authors

  • Ayişә Xasmәmmәdova

Keywords:

şeir, novator sәnәtkar, siyasi әqidә, әbәdiyaşar.

Abstract

Türk dünyası vә XX әsr dünya әdәbiyyatının әn böyük şairlәrindәn biri olan Nazim Hikmәt (1902-1963) Türkiyә, Azәrbaycan, başqa türk vә Şәrq xalqlarının poeziyasına misilsiz tәsir göstәrmiş, şeirdә yeni yollar açmış novator sәnәtkar, әsrin klassikidir. Nazim Hikmәt Ran yaradıcılığa ilk addımlarını incә ruh, dәrin düşüncә ilә yazılmış şeirlәri ilә atmışdır. Siyasi әqidәsindәn, aldanışlarından vә xәyal qırıqlığından asılı olmayaraq, bәlkә dә, elә bütün bunlara görә mücadilәlәr vә iztirablar, ümidlәr vә itkilәr dolu tufanlı, qasırğalı bir ömür yolu keçmiş Nazim insan dünyasının zәnginliyini, duyğular alәminin incәliklәrini, hәyatın mürәkkәbliyini, dünyanın tәzadlarını bütün dolğunluğuyla әks etdirә bilәn vә türk şeiri tarixindә әbәdiyaşar qalacaq bir sәnәtkar kimi ucalmaqdadır. Ustad Nazimin әsәrlәrindә bir ölkә, bir xalq nәfәs alır. Bu hәbsxanalı, qürbәtli, hәsrәtli hәyat şeirlәrindә yer üzünün
hәr bir adamının sevinci, kәdәri, arzusu, ümidi var. Nazim şeirinin yaddaşında yalnız bir xalqın yox, bütün insanlığın ağrılı-acılı tarixi yaşayır. 

Downloads

Published

2024-02-21